Azay Quliyev Milli Məclisdə bir sıra məsələləri qaldırdı

16:11 - 13 Mart 2026

Azay Quliyev Milli Məclisdə bir sıra məsələləri qaldırdı

Deputat Azay Quliyev Milli Məclisin iclasında hökumətin 2025-ci il fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı çıxış edib.


Manset.az-ın xəbərinə görə, o bildirib ki, dünyada baş verən mürəkkəb proseslərə, artan münaqişələrə və geosiyasi kataklizmlərə baxmayaraq, 2025-ci il Azərbaycanın siyasi və diplomatik həyatında böyük tarixi əhəmiyyətə malik hadisələrlə yadda qalıb. Deputatın sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 80 ildə ərazi bütövlüyünü öz gücü ilə bərpa edən yeganə ölkə kimi mühüm nailiyyətlər əldə edib.

Azay Quliyev qeyd edib ki, Ermənistanla milli maraqları əks etdirən sülh sazişinin mətni paraflanıb, keçmiş münaqişənin beynəlxalq müstəvidə təsdiqi kimi ATƏT-in Minsk qrupu və ona bağlı strukturlar ləğv edilib. O həmçinin bəzi region dövlətlərinin etirazlarına baxmayaraq, Zəngəzur dəhlizinin açılması və onun tərkib hissəsi olan TRIPP layihəsi ilə bağlı razılıq əldə olunduğunu vurğulayıb.

Deputat əlavə edib ki, 2025-ci ildə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması və Bakıda imzalanması, Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbulu, ölkəmizin D-8 təşkilatına və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv olması, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərin irəli sürülməsi Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirib.

O, həmçinin bildirib ki, ötən il ölkənin maliyyə dayanıqlığı qorunub, vergi və gömrük daxilolmaları proqnozlaşdırıldığından yüksək olub, qeyri-neft-qaz sektorunda artım əldə edilib.

Çıxışının sonunda deputat Bakının 6-cı mikrorayonunda yerləşən 27 saylı poliklinikanın sökülərək yerində yeni Ailə Sağlamlıq Mərkəzinin tikilməsi ilə bağlı yaranmış məsələyə də toxunaraq hökumətdən bu problemin həllinə dəstək göstərilməsini xahiş edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az