MN Türkiyəyə növbəti raket buraxılışını pisləyib

16:23 - 13 Mart 2026

MN Türkiyəyə növbəti raket buraxılışını pisləyib

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün gecə saatlarında İrandan buraxılan ballistik raket Türkiyənin hava məkanına daxil olub. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, daha əvvəl martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az