Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

12:45 - 14 Mart 2026

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional layihələri müzakirə edib.


Manset.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında paylaşım edib.

"Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur", - paylaşımda qeyd olunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az