Hörmüz kartı: İran dünyanı yuan şərti ilə şantaj edir?

23:05 - 14 Mart 2026

Hörmüz kartı: İran dünyanı yuan şərti ilə şantaj edir?
"Hörmüz böhranı hamıya zərər vuracaq"

CNN-nin yaydığı məlumata görə Tehran daşıdığı neftin dollarla deyil, yuanla satılması şərti ilə məhdud sayda tankerin Hörmüz boğazından keçməsinə icazə verməyi planlaşdırır.


Xatırladaq ki, martın 2-də SEPAH general-mayoru İbrahim Cabari xəbərdarlıq etmişdi ki, dünya neft ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-ın hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlana bilər.

Hörmüz boğazında tanker keçidinin məhdudlaşdırılması dünya neft qiymətlərində kəskin artıma səbəb ola bilərmi? Ümumiyyətlə, reallıqda İran Hörmüz boğazını bağlamaq iqtidarındadırmı?

Manset.az Musavat.com-a istinadən bildirir ki, iqtisadçı Natiq Cəfərli məsələyə bu cür mövqe bildirib:

"İran indi faktiki olaraq Oman ərazi sularından keçən gəmilərə atəş açır, Hörmüz boğazının bağlanması hüququna malik deyil. İranın özünün 80% idxal-ixrac əməliyyatları Hörmüz boğazındakı limanlardan həyata keçirilir. Körfəz ölkələrindən başqa 45 mln. nəfərlik əhalisi olan İraqın da ərzaq və digər təminatı Hörmüzdən keçir – yəni, boğaz ətraf ölkələrə tək neft-qaz üçün lazım deyil, həm də ərzaq, dərman və s. məhsullar üçün də əsas təminat yoludur".

İqtisadçı qeyd edib ki, İran istədiyi vaxt Hörmüz boğazını bağlamaq təhdidi və praktiki tədbiqi ilə həm də özünə ziyan vurur:

"Bu müharibə Hörmüz məsələsinin həlli ilə bitəcək, ətraf ölkələr və dünya iqtisadiyyatı Hörmüz təhdidi ilə daim yaşaya bilməz.

İran Hörmüz kartından istifadə etməyə, bu yolla dünyaya təsir edib ölkəyə qarşı təcavüzü bitirməyə çalışır, amma, bu həm özünə, həm də dünya iqtisadiyyatına ciddi ziyan vurur. Söhbət heç də neft-qaz qiymətlərinin bahalaşmasından getmir, bəli, bu problemdir, amma, ən böyük problem odur ki, boğazın bağlı olmasının ətraf ölkələrin xalqlarına aclıq və səfalət gətirə, o cümlədən İranın özündə ciddi böhran yaradan faktora çevrilə bilər.

Ona görə də, Hörmüz məsələsi birdəfəlik həll olunmalı, heç bir dövlətin iqtisadi yüklərin daşanmasına istədiyi an maneə yaratmağa imkanı olmamalıdır. Bu imkan İranın əlindən çıxan kimi, müharibə bitəcək. Özü də, bu ayın sonuna yaxın bitəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az