İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə
baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum
keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Baş
nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov ,
qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər dövlət rəsmiləri çıxışlar edərək
2025-ci ildə əldə olunmuş nəticələr, ölkəmizin dayanıqlı inkişafı istiqamətində
atılan addımlar barədə fikirlərini bölüşüblər.
Forum çərçivəsində
Azərbaycanın ən sevilən markalarından olan “Azərsüd” təltif edilib. Adıçəkilən
brend “Regionlar üzrə vergi rekordçusu” nominasiya üzrə mükafat qazanıb.
Qeyd edək
ki, 2013-cü ildə “Azərsun Holdinq” tərəfindən Kürdəmir Süd Emalı Zavodu adı
altında istismara verilən müəssisə regionların iqtisadi inkişafında mühüm rol
oynayır. Ölkənin ərzaq təhlükəsizliyi və
əhalinin yüksək keyfiyyətli süd məhsulları ilə təminində böyük rol oynamaqla
yanaşı, məşğulluğunun təmin edilməsi, sosial-rifah halının yüksəlməsinə töhfələr
vermiş zavod daha öncədə müxtəlif mükafat və sertifikatlarla təltif edilib.