BDU-da “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda
hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetində “Şəhərsalma və Memarlıq
İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət
quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının
sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri
f.r.e.d., professor Misir Mərdanov, YAP Yasamal
rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
professor, h.e.d Zahid Cəfərov, BDU-nun Hüquq fakültəsinin dekanı dos. Zaur
Əliyev, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin,
Respublikamızın suverenliyi və ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilib.
Çıxış edən iştirakçıları salamlayaraq tədbiri açıq
elan edən YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya
təşkilatının sədri, professor, h.e.d Zahid Cəfərov qeyd edib ki, Ulu Öndər
Heydər Əliyev müasir Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının əsasını
qoymuş böyük siyasi xadimdir. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edildi. Hüquqi dövlət quruculuğu
istiqamətində mühüm addımlar atıldı. Qanunun aliliyi prinsipi dövlət
siyasətinin əsasına çevrildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya hüquqi
dövlətin möhkəm təməlini yaratdı. Vətəndaş hüquq və azadlıqlarının qorunması
prioritet istiqamət oldu. Məhkəmə-hüquq sistemi yenidən quruldu. Dövlət
idarəçiliyində şəffaflıq və məsuliyyət artırıldı. Bu siyasət sonrakı dövrlərdə
də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Doğma
Qarabağımızın azad olunması ilə ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu isə
ölkəmizin hər yerində dövlət
suverenliyinin bərqərar olması, vətəndaşların hüquq və azadlıqlarının
Konstitusiyaya uyğun olaraq yüksək səviyyədə təmin edilməsi və hüquqi dövlət
quruculuğu prosesinin uğurla başa çatdırılmasının göstəricisidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev
çıxış edərək bildirib ki, Ulu Öndər Heydər
Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı kimi tarixə düşmüşdür.
Onun rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmləndirildi. Qanunvericilik
bazası beynəlxalq standartlara uyğunlaşdırıldı. İnsan hüquqları dövlət
siyasətinin əsas istiqamətinə çevrildi. Hüquq-mühafizə orqanlarının fəaliyyəti
təkmilləşdirildi. Dövlət və vətəndaş münasibətlərində hüquq əsas meyar oldu. Bu
siyasət ölkədə sabitliyin təmin olunmasına xidmət etdi. 1995-ci ildə referendum
yolu ilə Konstitusiyanın qəbulu bu istiqamətdə atılan mühüm bir addım oldu. Hüquqi
dövlət anlayışı cəmiyyətin bütün sahələrində tətbiq edildi. Bu gün Prezident İlham
Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Xüsusilə 44 günlük Vətən müharibəsində eləcə də lokal xarakterli anti terror
tədbirləri nəticəsində qazanılan Zəfərlər
torpaqlarımızın azad olunması ilə nəticələndi ki, bu həm də hüquqi dövlət
quruculuğu istiqamətində mühüm dönüş nöqtəsi oldu. Suverenlik tam təmin olundu.
Bu gün Azərbaycanın hər bir guşəsində konstitusion hüquqlar bərqərar edilib.
Çıxış edən Yeni Azərbaycan
Partiyası Veteranlar Şurasının üzvü, BDU-nun Ali riyaziyat və riyaziyyatın tədrisi
metodikası kafedrasının müdiri f.r.e.d., professor Misir Mərdanov bildirib ki,
Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunu strateji hədəf kimi müəyyən
etmişdir. Onun uzaqgörən siyasəti nəticəsində hüquqi islahatlar həyata
keçirildi. Ümummilli Liderin təşəbbüsü ilə qəbul olunan qanunlar dövlətin möhkəmlənməsinə
xidmət etdi. Demokratik prinsiplər tətbiq olundu. Dövlət quruculuğu sahəsində
mühüm nailiyyətlər əldə edildi. Konstitusiya və qanunlar sistemi müasir tələblərə
uyğunlaşdırıldı. Hüququn aliliyi prinsipi möhkəmləndirildi. Vətəndaşların
hüquqları etibarlı şəkildə qorundu. Hüquqi maarifləndirmə işi genişləndirildi.
Cəmiyyətin hüquqi şüuru inkişaf etdirildi. Bu siyasət bu gün də uğurla davam
etdirilir ki, Prezident İlham Əliyev ölkədə hüquqi dövlət quruculuğunu yeni mərhələyə
yüksəldib. Torpaqlarımızın işğaldan azad olunması da həm tarixi nailiyyət, həm də Azərbaycanın suveren
hüquqlarının tam bərpası deməkdir.
Çıxış edən Hüquq fakültəsinin dekanı, dosent Zaur
Əliyev bildirib ki, Ulu Öndər Heydər
Əliyev hüquqi dövlət quruculuğunda müstəsna rol oynamışdır. Onun rəhbərliyi ilə
dövlət idarəçiliyində qanunçuluq prinsipi möhkəmləndi. Hüquqi sistem
təkmilləşdirildi. İnsan hüquqlarının müdafiəsi gücləndirildi. Məhkəmə
hakimiyyətinin müstəqilliyi təmin edildi. Hüquq-mühafizə orqanlarının
fəaliyyəti effektivləşdirildi. Dövlət və vətəndaş münasibətləri hüquqi
əsaslarla tənzimləndi. Bu siyasət ölkədə sabitliyin əsasını təşkil etdi və hüquq, ədalət prinsipləri aparıcı rola malik oldu. Bu gün bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf
etdirilərək uğurla davam etdirilir. Bu gün Qarabağda əldə olunan Zəfər dövlətin
gücünü bütün dünyaya göstərdi. Bunun
nəticəsidir ki, Azərbaycanın bütün ərazilərində hüquqi sistem tam bərqərar
olub.
Çıxış edən Beynəlxalq ümumi hüquq kafedrasının
professoru Əfsər Sadıqov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət
ideyasını Azərbaycanın inkişaf strategiyasına çevirmişdir. Onun həyata
keçirdiyi islahatlar dövlətçiliyin möhkəmlənməsinə səbəb oldu. Qanunvericilik
bazası gücləndirildi. Hüququn aliliyi təmin edildi. İnsan hüquqları qorundu.
Hüquqi dövlət prinsipləri cəmiyyətə aşılandı. Dövlət institutları inkişaf
etdirildi. Bu siyasət ölkədə davamlı inkişafı təmin etdi. Bu gün həmin kurs
uğurla davam etdirilir. Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun
islahatlar aparır. Qarabağın azad edilməsi isə milli qürur mənbəyimiz olmaqla
yanaşı hüquqi dövlətin gücünü bir daha bütün dünyaya sübut etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri
hüquqi dövlətin təzahürüdür.
Çıxış edən Cinayət prosesi kafedrasının professoru
Midhət Qəfərov qeyd edib ki, Ümumilli lider Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin hüquqi əsaslarını formalaşdırmışdır. Onun siyasəti nəticəsində
qanunçuluq prinsipi möhkəmləndi. Hüquqi islahatlar geniş vüsət aldı. Dövlət
idarəçiliyində şəffaflıq təmin olundu. Vətəndaş hüquqları qorundu. Hüquq
sistemi müasir standartlara uyğunlaşdırıldı. Bu siyasət ölkənin inkişafına
xidmət etdi. Hüquqi dövlət quruculuğu uğurla həyata keçirildi. Bu gün bu kurs
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qarabağın azad
olunması ilə isə həm tarixi ədalət bərpa olundu, həm də Azərbaycanın hər
yerində konstitusion hüquqlar tam təmin olundu
Çıxış edən Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti Məleykə Bayramova bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun əsasını qoyaraq milli dövlətçilik tarixində silinməz iz buraxmışdır. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik və hüquqi nizam-intizam təmin olundu. Qanunların aliliyi dövlət siyasətinin əsas prinsipinə çevrildi. 1995-ci il Konstitusiyası hüquqi dövlətin bünövrəsini formalaşdırdı. İnsan hüquq və azadlıqlarının qorunması prioritet istiqamət oldu. Məhkəmə-hüquq sistemi müasir tələblərə uyğun yenidən quruldu. Hüquqi islahatlar cəmiyyətin bütün sahələrini əhatə etdi. Dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq gücləndirildi. Bu möhkəm təməl bu gün də inkişaf edir. Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək onu daha da zənginləşdirib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər nəticəsində Qarabağ işğaldan azad edildi. Bununla da Azərbaycanın bütün ərazilərində konstitusion hüququn tam bərpası təmin olundu.
Çıxışlardan sonra Hüquq fakültəsinin professoru Əfsər
Sadıqova 60 illik yubiley münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə
görə fəxri fərman təqdim edilib.