Abşeronda Novruz bayramı şənliyi keçirildi - FOTOLAR

15:30 - 18 Mart 2026

Abşeronda Novruz bayramı şənliyi keçirildi - FOTOLAR

Abşeron rayonunda yerləşən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda baş tutan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, regional idarələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.


Manset.a xəbər verir ki, hər il olduğu kimi bu il də abşeronlular xalqımızın ən qədim bayramlarından olan Novruz şənliyinə xüsusi hazırlaşmışdılar. Bayramla əlaqədar "Yanardağ" Qoruğu Novruz atributları ilə bəzədilib, təhsil ocaqları öz stendləri ilə qonaqları sevindirib. Baharın gəlişindən, təbiətin oyanışından xəbər verən səməni və insanları birliyə, mehribanlığa, şadlığa dəvət edən bayram tonqalı şənliyə xüsusi sevinc qatıb. Dədə Qorqud və Bahar Qız iştirakçıları təbrik edərək abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas simalarından olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb, hədiyyələr paylayıblar.

Tədbirdə bildirilib ki, günü-gündən güclənən Azərbaycanın hər bir ərazisində Novruz şənlikləri ucalan qalib üzrəngli bayrağın altında cənfəşanlıqla, böyük sevinc və ümidlərlə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqulu, daha möhtəşəm qeyd edir. Bu zəfəri bizlərə yaşadan, Müzəffər Ali Baş komandan və onun "Dəmir yumruğ"u ətrafında birləşən qəhrəman, igid oğullarımızın sayəsində suverenliyimiz tam bərpa olundu və işğaldan azad olunan torpaqlarımız hazırda bayram tonqalları ilə isinir.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə Qoruq ərazisində yaradılan bayram stendlərləri ilə tanış olub. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların və turistlərin əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.

Tədbirdə Vətən müharibəsi Qəhrəmanı, şəhid Veysəl Musibovun həyat yoldaşı Məryəm Həsənovanın, o cümlədən şəhidlərimiz Elmir Həsənovun və Azər Mikayılovun xalqımıza əmanət qalan övladları Elay Həsənlinin və Nuray Mikayılovanın doğum günləri təbrik edilib, onlara hədiyyələr təqdim olunaraq xatirə şəkilləri çəkilib.

Daha sonra açıq havada konsert proqramı təqdim edilib. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında mahnılar oxunub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az