Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Manset.az xəbər verir ki, aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin
sədri Tahir Məmmədov, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin
rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon
təşkilatı, Yasamal bələdiyyəsi, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı
Birliyinin əməkdaşları iştirak edib.
Aksiya çərçivəsində ərazidə çoxlu sayda ağac əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Keçirilən aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına
töhfə vermək məqsədi daşıyır. Eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər
arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.