“Bunu edənlər cəzalandırılmalıdırlar” - Azay Quliyev

20:59 - 18 Mart 2026

“Bunu edənlər cəzalandırılmalıdırlar” - Azay Quliyev

"Bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının Prezidentinin ailə üzvlərinə, konkret olaraq Alyona Əliyevaya qarşı şantaj və böhtan xarakterli saxta materialların hazırlanması və yayılması son dərəcə təhlükəli və qətiyyən qəbuledilməz cinayətdir".


Bunu Manset.az-a açıqlamasında  Milli Məclisin deputatı Azay Quliyev deyib.

O qeyd edib ki, bu cür əməllər yalnız konkret bir şəxsə qarşı yönəlmiş hücum deyil, eyni zamanda Azərbaycan dövlətinə, onun institutlarına, xalqımızın mənəvi dəyərlərinə, milli təhlükəsizliyimizə və ictimai sabitliyə qarşı yönəlmiş açıq təxribatdır:

"Dövlət Təhlükəsizliyi Xidmətinin bu cinayətin ifşa olunması istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatını və bir sıra şübhəli şəxslərin saxlanılmasını alqışlayıram. Bu, dövlətimizin milli təhlükəsizliyinin qorunması və qanunun aliliyinin təmin olunması baxımından mühüm və prinsipial addımdır. Hesab edirəm ki, Prezidentin ailə üzvlərinə qarşı iyrənc və şərəfsiz üsullarla törədilmiş bu cinayətin təşkilində, icrasında və yayılmasında fəallıq göstərən Mehman Hüseynov başda olmaqla bu prosesdə iştirak edən bütün şəxslər kimliyindən və harada olmasından asılı olmayaraq hüquqi məsuliyyətə cəlb olunmalı və qanunun nəzərdə tutduğu ən ağır formada cəzalandırılmalıdır. Bu, yalnız ədalətin və qanunun aliliyinin təmin olunması üçün deyil, həm də gələcəkdə belə təhlükəli və çirkin cinayətlərə cəhd edənlər üçün ciddi və prinsipial xəbərdarlıq olacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az