Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşdü

23:34 - 18 Mart 2026

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, C. Bayramov Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az