Anar Əliyevin müavinlərinin sayı artırıldı

18:18 - 19 Mart 2026

Anar Əliyevin müavinlərinin sayı artırıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (bundan əvvəl 4 idi - red.) müavini var.

Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az