Rusiyadan İrana göndərilən humanitar yardım Astara stansiyasına çatıb - FOTO

23:54 - 26 Mart 2026

Rusiyadan İrana göndərilən humanitar yardım Astara stansiyasına çatıb - FOTO

Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana humanitar yardım daşıyan yük qatarı Astara stansiyasına çatıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, 31 vaqondan ibarət olan qatar daha sonra İran ərazisindəki təyinat nöqtəsinə çatdırılacaq.

    Rusiyadan göndərilən humanitar yardım əsasən dərman vasitələri, tibbi ləvazimat və qida məhsullarından ibarətdir. Humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

    Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az