Cevdet Yılmaz Azərbaycana gəldi

00:40 - 02 Aprel 2026

Cevdet Yılmaz Azərbaycana gəldi

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.


Manset.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Türkiyənin Vitse-prezidenti bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cevdet Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az