Hikmət Hacıyev Gəncə ilə bağlı paylaşım etdi

10:11 - 07 Aprel 2026

Hikmət Hacıyev Gəncə ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "AnewZ" telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.


Manset.az xəbər verir ki, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Gəncənin əsrlər boyu İpək Yolu üzərində mühüm mərkəz olduğu, bilik mübadiləsinə və multikultural mühitin inkişafına töhfə verdiyi vurğulanır.

Bundan əlavə, videoda 1918-ci ildə Gəncənin Şərqdə ilk parlamentli demokratik respublikanın paytaxtı olduğu qeyd edilir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az