Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR

16:39 - 08 Aprel 2026

Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR

Bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.


Manset.az xəbər verir ki, qəbul zamanı seçicilər müxtəlif sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.

Deputat bütün müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müvafiq müraciətlərin ünvanlanacağını və problemlərin həlli istiqamətində zəruri addımların atılacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az