Elçin Əmirbəyov və Jiri Brodski müzakirə apardılar 

23:31 - 14 Aprel 2026

Elçin Əmirbəyov və Jiri Brodski müzakirə apardılar 

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Manset.az xəbər verir ki, J. Brodski bu barədə "X" sosial şəbəkə hesabında məlumat bölüşüb.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam", - o bildirib və əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:

"Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik".

Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə zamanı mühüm məsələlərə toxunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az