İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Manset.az Euronews-a istinadən xəbər verir ki, səfərin əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olacaq.
Qeyd olunub ki, xüsusilə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin artırılması imkanları görüşün ən vacib hissəsini təşkil edəcək.