MM-də yeni qanun layihəsi müzakirə edilir

14:14 - 22 Aprel 2026

MM-də yeni qanun layihəsi müzakirə edilir

Milli Məclisdə yeni - “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanun layihəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılıb.

Layihəyə əsasən, Qanunun 1 – 3-cü fəsillərinin müddəaları maliyyə icarəsi fəaliyyətini həyata keçirən banklara, xarici bankların yerli filiallarına və bank olmayan kredit təşkilatlarına da şamil edilir.

Maliyyə icarəsinin subyektləri və obyekti isə aşağıdakılardır:

-Maliyyə icarəsinin subyektləri icarəyə verən, icarəçi və satıcıdır.

- Maliyyə icarəsinin obyekti icarəçinin şəxsi və ya məişət məqsədləri üçün istifadə etdiyi, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar, habelə torpaq sahələri istisna olmaqla, əsas vəsaitə aid olan və sahibkarlıq və ya təsərrüfat fəaliyyətində istifadə olunan daşınar və daşınmaz əşyalar ola bilər.

-  Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalı maliyyə icarəsi obyekti üzrə icarəyə verənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az