Azərbaycan və Çexiya arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalandı

13:33 - 24 Aprel 2026

Azərbaycan və Çexiya arasında \"İkitərəfli hərbi əməkdaşlıq planı\" imzalandı

Azərbaycan və Çex Respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.

Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az