Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
Monteneqro Ombudsmanı Sinişa Byekoviç ilə görüşüb.
Manset.az xəbər verir ki, görüş
zamanı Ombudsman Səbinə Əliyeva qonağa insan hüquq və azadlıqlarının müdafiəsi
sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.
Müvəkkil
ayrı-seçkiliyin qarşısının alınması, bərabərlik hüququnun təmin edilməsi, uşaq
hüquqlarının, miqrantların, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının
müdafiəsi və digər istiqamətlər üzrə mandatının genişləndirildiyini, qeyd
olunan istiqamətlər üzrə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata
keçirmək səlahiyyətinin verildiyini bildirib.
Səbinə
Əliyeva bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının
alınması məqsədilə yaradılmış monitorinq qruplarının fəaliyyəti
və əldə olunmuş müsbət təcrübələr barədə qonaqlara geniş məlumat verib.
Eyni
zamanda, Müvəkkil ötən il Monteneqroda baş vermiş hadisələr zamanı Azərbaycan vətəndaşlarının
hüquqlarının müdafiəsi sahəsində göstərdiyi operativ dəstəyə görə Sinişa
Byekoviçə bir daha təşəkkürünü ifadə edib.
Öz
növbəsində Monteneqro Ombudsmanı Sinişa Byekoviç səmimi qəbula və qonaqpərvərliyə
görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib təsisatlar arası əməkdaşlığın
gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu
vurğulayıb.
Görüşdə,
həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın
perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.