Makron Ermənistana səfər edəcək

20:37 - 30 Aprel 2026

Makron Ermənistana səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron xanımı Bricit Makronla birlikdə Ermənistana səfər edəcək.


Manset.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsindəki canlı yayım zamanı məlumat verib.

Paşinyan bildirib ki, Fransa lideri ilə birlikdə mayın 5-i axşam saatlarında Gümrüdə olacaqlar. Səfər çərçivəsində Gümrünün mərkəzi meydanında Ermənistan-Fransa dostluğuna həsr olunmuş böyük konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, E. Makronun sözügedən səfəri mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində baş tutur. Hökumətin qərarı ilə Gümrüdəki mədəni tədbirlərin təşkili üçün dövlət büdcəsindən təxminən 393 milyon dram (təxminən 1 milyon dollar) vəsait ayrılıb.

Xatırladaq ki, bu, Makronun 2018-ci ildən bəri Ermənistana ilk rəsmi dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanacağı da gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az