“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Belə ki, Sevinc Hacızadə QSC-nin Strateji İnkişaf Departamentinin Layihə İdarəedilməsi şöbəsinin rəisi, Orxan Mustafayev isə Elektrik təchizatı xidmətinin elektrik mühafizəsi və avtoteleidarəetmə distansiyasının rəisi vəzifəsinə təyin edilib.
Məlumat “Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.
Qeyd edək ki, bu təyinatadək S.Hacızadə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də bölmə müdiri, O.Mustafayev isə Sumqayıt Texnologiyalar Data Mərkəzində Energetika şöbəsinin müdiri vəzifəsində çalışıb.