İcra başçısı Naim Cahidzadə Vətən müharibəsi iştirakçısının toyuna getdi - FOTO

14:19 - 06 May 2026

 İcra başçısı Naim Cahidzadə Vətən müharibəsi iştirakçısının toyuna getdi - FOTO

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və onun müavinləri, şöbə müdirləri Vətən müharibəsi iştirakçısının toy mərasimində iştirak edib.


Manset.az xəbər verir ki, toy mərasimində çıxış edən icra başçısı Murad Həsənovu bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edərək, onlara xoşbəxtlik, uzun ömür, ailə səadəti və firavan həyat arzulayıb.

Bildirək ki, Murad Həsənov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının müvafiq medalları ilə — “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qeyd edək ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə mütəmadi olaraq şəhid, qazi ailələrini, Vətən müharibəsi iştirakçılarının ailələrini ziyarət edir və onların vəziyyətini daim nəzarətdə saxlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az