Sahibkarların rahat fəaliyyəti, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC-nin nümayəndələri “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə görüşüb.
Manset.az xəbər verir ki, görüş
zamanı “Azərişıq” ASC-nin “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə əməkdaşlıq
perspektivləri müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi həyata keçirilib,
qonaqların müxtəlif məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb. Həmçinin
İctimai Birliyə üzv olan iri ticarət şəbəkələrinin nümayəndələri ilə elektrik şəbəkəsinə
qoşulma və elektrik enerjisindən istifadə qaydaları ilə bağlı maarifləndirici
söhbət aparılıb.
Tədbirdə “Azərişıq” ASC-nin həyata keçirdiyi
elektron xidmətlər, o cümlədən regionlarda mütəmadi olaraq sahibkar və vətədaşlarla
keçirilən görüşlər barədə də məlumatlar verilib. İctimai Birliyə üzv olan
sahibkarlıq subyektlərinin nümayəndələri qarşılıqlı əlaqərin inkişafı,
sahibkarların elektrik enerjisindən istifadəsi zamanı keyfiyyət və dayanıqlılıq
göstəricilərinin daha da artırılması məqsədilə belə görüşlərin xüsusi rol
oynadığını vurğulayıblar.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün
regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Məqsəd
abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması,
elektrik enerjisi itkilərinin minimuma endirilməsini təmin etməkdir.