Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım tədbiri təşkil olunub.
Manset.az xəbər verir ki, Ombudsman
Səbinə Əliyeva və Aparatın kollektivi Hökumət evində Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsini əbədiləşdirmək üçün ucaldılmış büstü ziyarət edib, büstün önünə əklil
qoyulub.
Ombudsman
çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi ilə ölkəmizdə gərgin
siyasi-ictimai vəziyyətin aradan qaldırıldığını, bu gün ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti kursun əsasının
qoyulduğunu bildirib, respublikamızın hərtərəfli inkişafı istiqamətində
kompleks islahatların aparıldığını qeyd edib.
Müvəkkil
Ulu Öndərin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin yaradılması və
inkişafında, eləcə də vətəndaşlarımızın hüquq və azadlıqlarının təmini və
müdafiəsi də daxil olmaqla, bütün sahələrdə görülən işlərdən, mötəbər
tribunalardan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırması
istiqamətində atdığı addımlardan danışıb.
Səbinə
Əliyeva Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə insan hüquqlarının
müdafiəsi sahəsində mühüm institutların, o cümlədən Azərbaycanın Ombudsman təsisatının
yaradıldığını diqqətə çatdırıb.
Sonra
Ombudsman Aparatının əməkdaşı Araz Əsgərli Ulu Öndərin Azərbaycan xalqı
qarşısında xilaskar missiyası mövzusunda
çıxış edib.
Ombudsman Aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin zəngin həyatından bəhs edən fotoşəkillərlə, eləcə də
xüsusi stendlə tanış olublar.