Şəhid Anar Əliyevin xanımına leytenant rütbəsi verildi - FOTO

16:47 - 08 May 2026

Şəhid Anar Əliyevin xanımına leytenant rütbəsi verildi - FOTO

Şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib. 


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Vüsalə Əliyeva bu gün gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçmə mərasimində iştirak edib.

“Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi”, - şəhid xanımı qeyd edib.

“Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür”, - o əlavə edib.

Qeyd edək ki, A.Əliyev Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, Şuşaya girişi təmin edən döyüşlərin rəhbəri olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az