Yenidən Şükürbəylidə müəllim kimi işləyəcək - 36 il sonra

22:33 - 09 May 2026

Yenidən Şükürbəylidə müəllim kimi işləyəcək - 36 il sonra

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.


Manset.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Daha sonra sakinlərə mənzillərinin açarları təqdim olunub. Sakin Fətəliyeva Mina Cəlil qızı Prezidentlə söhbərində ilk dəfə 1990-cı ildə Şükürbəylidə müəllim kimi işləməyə başladığını bildirib:

Mina Fətəliyeva: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təbrik edirəm, siz burada, bu kənddə müəllim olmusunuz?

Mina Fətəliyeva: Bəli, təyinatımla ilk dəfə buraya müəllim gəlmişəm, 1990-cı ildə.

Prezident İlham Əliyev: Özünüz buralısınız, yoxsa?

Mina Fətəliyeva: Yox, mən rayonun özündənəm. Buraya müəllim gəldim.

Prezident İlham Əliyev: Burada müəllim işləmisiniz?

Mina Fətəliyeva: Bəli, müəllim işləmişəm. İndi də təzədən burada, inşallah, pedaqoji fəaliyyəti davam etdirəcəyik.

Prezident İlham Əliyev: Bəli, məktəbdə yəqin ki?

Mina Fətəliyeva: İnşallah.

Prezident İlham Əliyev: Ya burada, ya da ki, Cəbrayıl şəhərində.

Mina Fətəliyeva: Yox, elə burada, kənddə.

Prezident İlham Əliyev: Burada məktəb də çox gözəldir.

Mina Fətəliyeva: Burada davam edəcəyik, inşallah.

Prezident İlham Əliyev: Bəli, mütləq.

Mina Fətəliyeva: Ailə üzvlərimlə şəkil çəkdirə bilərik?

Prezident İlham Əliyev: Bəli, gəlin çəkdirək. Siz harada yaşamısınız işğal dövründə?

Mina Fətəliyeva: İşğal dövründə buradan çıxdıq, getdik İmişliyə.

Kişi sakin: İmişlidə, bir hissəsi də Bakıda.

Prezident İlham Əliyev: Bakıda harada?

Kişi sakin: Yataqxanada, Sabunçu rayonu ərazisində. Özüm də Mərkəzi Seçki Komissiyasında işləmişəm bu ilə qədər. Bu il yaşa görə çıxmışam.

Prezident İlham Əliyev: Bu günlərə qədər yataqxanada? Çətin bir həyat - yataqxanada 30 il yaşamaq.

Mina Fətəliyeva: Otaq balaca.

Prezident İlham Əliyev: Neçə otağınız var idi?

Mina Fətəliyeva: Bir otaq. Şükür Allaha bu günü bizə yaşatdığınız üçün.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Mina Fətəliyeva: Ürəkdən, səmimi-qəlbdən Sizə təşəkkür edirik. Artıq geniş otaqlarımız, mənzilimiz, həyətimiz, torpağımız, Vətənimiz! Çox sağ olun, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Təmiz hava, gözəl təbiət, əsas da doğma Vətən torpağı.

Mina Fətəliyeva: Çox sağ olun!

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az