Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə mərasimi təşkil olunub.
Manset.az xəbər verir ki, tədbir məkanının keçirildiyi Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqları endirilib.
Qeyd edək ki, bu, forumun rəsmi olaraq başa çatdığını ifadə edir.