“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və
təhsil komitəsinin sədri, millət vəkili, Bakı Dövlət Universiteti Tarix fakültəsinin
Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri Anar İsgəndərov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin
müavini Nihad Muxtarlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz
Qəhrəmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət
Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Bakı Şəhər Narkoloji Dispanserin baş
həkimi Qalib Məmmədov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu
Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatı
və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatının sədr,
sədr müavinləri, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin
tələbələri və fəal gənclər iştirak edib.
Tədbirdə İlk öncə YAP Yasamal rayon təşkilatının
inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül
dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Sonra 28 May-Müstəqillik Günü ilə əlaqədar 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik
Hüquqi Şəxsin təşkilatçılığı ilə sərgiyə baxış keçirilib.
YAP Yasamal rayon təşkilatında
baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məruzə ilə çıxış edən
Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və
təhsil komitəsinin sədri, millət vəkili, Bakı Dövlət Universiteti Tarix fakültəsinin
Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri Anar İsgəndərov
qeyd edib ki, 1918-ci ilin bu müqəddəs günündə bütün müsəlman
Şərqində ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
bəyan edilmişdir. Bu tarixi addım xalqımızın azadlıq və müstəqillik iradəsinin,
çoxəsrlik dövlətçilik ənənələrinin mütərəqqi bir təzahürü idi. İstiqlal
Bəyannaməsinin imzalanması ilə xalqımız öz taleyinin sahibi olduğunu, milli
kimliyini və suverenliyini bütün dünyaya nümayiş etdirdi. Cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət
təsisatlarının yaradılması, ana dilinin dövlət dili elan edilməsi və qadınlara
seçki hüququnun verilməsi və s. kimi nəhəng tarixi islahatlara imza atdı. Bu
respublika süqut etsə də, onun qəlblərə əkdiyi müstəqillik toxumları heç vaxt
məhv olmadı və gələcək nəsillər üçün əsas istiqamətə çevrildi. XX əsrin
sonlarında xalqımız öz tarixi şansını yenidən qazanaraq, 1991-ci ildə dövlət
müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyi elan etmək nə qədər çətin idisə,
onu qoruyub saxlamaq və möhkəmləndirmək ondan qat-qat çətin bir vəzifə idi.
Məhz 1990-cı illərin əvvəllərində ölkəmiz daxili xaos, xarici təzyiqlər və
Ermənistanın hərbi təcavüzü səbəbindən parçalanmaq, müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın israrlı tələbi
ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bu
fəlakətlərdən xilas etdi. Ulu Öndər öz fenomenal siyasi zəkası, sarsılmaz
iradəsi və uzaqgörən strategiyası ilə müstəqilliyimizi daimi, dönməz və əbədi
etdi. Onun rəhbərliyi altında dövlət quruculuğu prosesi sürətləndi, hüququn
aliliyi təmin olundu və Azərbaycan beynəlxalq arenada layiqli yerini tutmağa
başladı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Möhtərəm
Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla
və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən qüdrətli bir dövlətə çevrildi,
regionun şəksiz lideri statusunu qazandı. Bu güclü iqtisadiyyat və müasir ordu
quruculuğu strategiyası xalqımızın 30 illik torpaq həsrətinə son qoymaq üçün
möhkəm zəmin hazırladı. Nəhayət, 2020-ci ilin payızında başlayan Vətən
Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində qazanılan tarixi
Zəfərlər sayəsində torpaqlarımız işğaldan tamamilə azad olundu. Bu gün üçrəngli
dövlət bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və Qarabağın hər bir guşəsində
əbədi olaraq dalğalanır. Məhz bu böyük Zəfərlər sayəsində bu gün 28
May-Müstəqillik Gününü artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş
məğrur bir xalq olaraq qeyd edirik.
Çıxışdan sonra fəxri fərman və sertifikatlar təqdim
edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təqdimatında bədii hissə təqdim edilib, xatirə şəkli çəkdirilib.