Xankəndi Şəhər Məhkəməsinə yeni sədr təyin edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən Tərlan Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin olunub.
Qeyd edək ki, Xankəndinin əvvəlki hakimi və sədri İlkin Abdullayev idi. O, Ali Məhkəməyə hakim təyin ediləcək.