“Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir”

15:56 - 28 May 2026

“Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir”

“Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir” .


Manset.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.

Dövlət başçısı həmçinin bildirib: “İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq”.

İlham Əliyev qeyd edib ki, həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir.

“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur, - deyə dövlət başçısı əlavə edib.

“Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir”, - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir.

“Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir. Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar”, - deyə İlham Əliyev əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az