Rusiya XİN Azərbaycana başsağlığı verdi

15:00 - 05 İyun 2026

Rusiya XİN Azərbaycana başsağlığı verdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.


Manset.az xəbər verir ki, bu barədə "News.ru" məlumat yayıb.

"Həlak olmuş Azərbaycan dənizçilərinin doğmalarına və yaxınlarına səmimi başsağlığımı bildirmək istərdim. Ölüm həmişə faciə, kədərdir", - Qaluzin bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az