İlham Əliyev Minifutbol Federasiyasına pul ayırdı - SƏRƏNCAM

15:28 - 05 İyun 2026

İlham Əliyev Minifutbol Federasiyasına pul ayırdı - SƏRƏNCAM

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.


Manset.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az