logo
logo logo
logo

"Ermənistan Konstitusiyası dəyişmədən sülh olmayacaq"

10:30 - 10 İyun 2026

\"Ermənistan Konstitusiyası dəyişmədən sülh olmayacaq\"

Milli Məclisin deputatı Azay Quliyev Baku TV-də qonaq olduğu verilişdə Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesinə dair mühüm açıqlamalar verib.


Manset.az-ın məlumatına görə, deputat bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil və Azərbaycan dövləti bu mövqeyi dəfələrlə bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvə son seçkilərdə konstitusiya çoxluğu əldə edə bilməyib. Quliyev qeyd edib ki, konstitusiyaya dəyişiklik edilməsi və ya yeni konstitusiyanın qəbul olunması üçün hakim partiyanın malik olduğu 64 deputat mandatına əlavə olaraq daha 6 səs lazımdır.

"Konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün parlament üzvlərinin üçdəikisinin, yəni 70 deputatın dəstəyi tələb olunur. Mövcud şəraitdə nə Samvel Karapetyanın, nə də Robert Koçaryanın belə bir dəstək verməsi real görünür", - deyə deputat vurğulayıb.

Azay Quliyev hesab edir ki, yaranmış mürəkkəb vəziyyət Azərbaycanın legitim tələblərini dəyişmir və Ermənistan hakimiyyəti ilə cəmiyyəti bu problemin həlli yollarını özləri tapmalıdır.

Deputatın fikrincə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi təkcə Azərbaycanla deyil, həm də Türkiyə ilə münasibətlərin normallaşması baxımından vacibdir. O qeyd edib ki, həmin sənəddə Türkiyəyə qarşı da ərazi iddiaları yer alır.

Azay Quliyev həmçinin Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatını müsbət qiymətləndirərək bildirib ki, Ankara və Bakı bundan sonra da məsələyə dair siyasətlərini koordinasiyalı şəkildə davam etdirəcəklər.

"Biz tarixdən dərs çıxarmışıq və bir daha ermənilərin 'xoş' vədlərinə və ya hiylələrinə aldanmayacağıq", - deyə deputat əlavə edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az