Pakistanın Baş naziri Şahbaz Şərif regionda sülhün bərqərar olunması istiqamətində aparılan danışıqlarla bağlı bəyanat yayıb.
Manset.az xəbər verir ki, Pakistan hökumətinin rəhbəri “X” hesabında sülh sazişini pozmağa çalışan qüvvələrin fəaliyyətinə diqqət çəkərək, rəsmi İslamabadın vasitəçilik missiyasını uğurla davam etdirdiyini bildirib:
“Pakistanın davam edən intensiv vasitəçilik səyləri fonunda biz sülh sazişini baltalamaq istəyənlərin apardığı fasiləsiz dezinformasiya kampaniyasından tam xəbərdarıq. Bütün bu kənar küy və manipulyasiyaları bir kənara qoyaraq təsdiq edə bilərik ki, sülh sazişinin yekun, tərəflər arasında razılaşdırılmış mətni artıq əldə olunub”.
Ş. Şərif hazırda növbəti addımların tamamlanması üçün Pakistanın hər iki tərəflə sıx şəkildə işlədiyini vurğulayıb. Baş nazir bəyanatının sonunda böyük ümid mesajı verərək, “sülh heç vaxt indiki qədər yaxın olmayıb” ifadəsini işlədib.
Amid ongoing intense mediation efforts by Pakistan, we are fully aware of incessant misinformation campaign being waged by those who want to sabotage the peace deal. Setting aside the noise, we can confirm that a final, agreed upon text of the peace deal has been reached and…
— Shehbaz Sharif (@CMShehbaz) June 12, 2026