logo
logo logo
logo

Əli Əsədov Ünal Üstel ilə görüşdü

13:55 - 13 İyun 2026

Əli Əsədov Ünal Üstel ilə görüşdü

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.


Bu barədə Manset.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az