logo
logo logo
logo

"İnsan hüquqları və süni intellekt dövlətin strateji prioritetidir" - Səbinə Əliyeva 

13:24 - 18 İyun 2026

\"İnsan hüquqları və süni intellekt dövlətin strateji prioritetidir\" - Səbinə Əliyeva 

"Azərbaycan Prezidenti İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsinə göstərdiyi ardıcıl və davamlı təşəbbüsləri, həmçinin bu Sammitə xüsusi diqqət ayırması insan hüquqlarının müdafiəsinin dövlət səviyyəsində strateji istiqamət kimi müəyyən olunduğunu göstərir".


Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində açılış nitqi ilə çıxışı zamanı söyləyib.

“Son illər qəbul olunmuş dövlət proqramları və strateji sənədlər ölkəmizdə süni intellekt texnologiyalarının təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq etməklə yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına, rəqəmsal bərabərliyin və inklüzivliyin gücləndirilməsinə xidmət edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rəqəmsal İnkişaf Şurası ölkəmizdə bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə hədəflənib”, – deyə Ombudsman qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az