Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı insan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Manset.az-ın məlumatına görə, o bildirib ki, bu sahədə mexanizmlərin yaradılması vacibdir:
"İnsan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni texnoloji çağırışlara uyğun hüquqi mexanizmlərin yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirərək insan hüquqlarının etibarlı müdafiəsini təmin etməyə çalışır".