logo
logo logo
logo

“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”

20:44 - 18 İyun 2026

“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”

“Sadəcə, xəritəyə nəzər salsaq görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir”.


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Coğrafi yerləşmə, əlbəttə ki, gündəlikdən asılı olaraq başağrısı da ola bilər, üstünlük də ola bilər. Bizə gəldikdə bu, təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür. Bu gün artıq qeyd etdiyim kimi, Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və koordinasiya olunmuş nəqliyyat vətərini yaradır. Əlbəttə ki, bir çox işlər görülməlidir və yeri gəlmişkən, bu, bizim prioritetlərimizdən biridir”, - deyə Prezident əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az