logo
logo logo
logo

Ombudsman İƏT-in İnsan Hüquqları Komissiyasının icraçı direktoru ilə görüşdü - FOTO

16:45 - 19 İyun 2026

Ombudsman İƏT-in İnsan Hüquqları Komissiyasının icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) icraçı direktoru Hadi Bin Ali Al-Yaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Manset.az xəbər verir ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva qonağa Ombudsmanların Beynəlxalq Bakı Sammitində iştirakına görə təşəkkür edib, beynəlxalq təşkilatlar və milli insan hüquqları təsisatları ilə əməkdaşlığın Ombudsman təsisatının fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, İƏT MDİHK ilə formalaşmış səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.

Müvəkkil Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə insan hüquqları və humanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiyanın həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair hesabatın beynəlxalq ictimaiyyətə təqdim edilməsini müsbət qiymətləndirib.

Görüşdə, eyni zamanda, dünyada irqçilik, ayrı-seçkilik, dözümsüzlük, ikili standartlar və islamofobiya ilə mübarizədə beynəlxalq həmrəyliyin və birgə səylərin əhəmiyyəti vurğulanıb.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Al-Yami səmimi qəbula görə təşəkkürünü bildirərək, Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yüksək səviyyədə təşkil olunmasını təqdir edib. O, Sammit çərçivəsində insan hüquqlarının müdafiəsinə dair aktual məsələlərin müzakirə olunduğunu, faydalı təcrübə mübadiləsinin aparıldığını qeyd edib.

Görüşdə, həmçinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az