logo
logo logo
logo

İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

22:16 - 20 İyun 2026

İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi bu gün Azərbaycana səfərə gəlib.


Manset.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

    Səfər iyunun 26-da başa çatacaq.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az