logo
logo logo
logo

Bu kollecə direktor və müavin təyin edildi

10:32 - 22 İyun 2026

Bu kollecə direktor və müavin təyin edildi

Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar həyata keçirilib.


Manset.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq Əmri ilə Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Ə.Məmmədov 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından son təyinatadək isə kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.

C.Bayramov 2022-ci ildən etibarən Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə də təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az