logo
logo logo
logo

"Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığa təkan verəcək" - Deputat

23:17 - 22 İyun 2026

\"Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığa təkan verəcək\" - Deputat

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm hadisədir.


Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, dövlət başçısının Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılan müzakirələr Azərbaycan-Türkmənistan əməkdaşlığının möhkəmlənməsində yeni imkanlar açır.

A.Həsənova bildirib ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlər dərin tarixi köklərə, ortaq etnik mənşəyə, mədəni irsə və əsrlər boyu formalaşmış qardaşlıq əlaqələrinə əsaslanır:

“Dil, din və mənəvi dəyərlər baxımından yaxınlıq xalqlarımız arasında xüsusi bağ yaradıb və bu amil dövlətlərarası münasibətlərin inkişafına da müsbət təsir göstərir”.

Deputat bildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan-Türkmənistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub və ötən müddətdə siyasi dialoq davamlı olaraq inkişaf edib. Xüsusilə 2017-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib.

A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevlə Prezident Sərdar Berdiməhəmmədov arasında keçirilən görüşlər qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun növbəti təsdiqidir:

“Bu cür təmaslar iki ölkə arasında enerji, nəqliyyat-logistika, ticarət, humanitar sahələr və Xəzər regionunda əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərdə Bakı-Türkmənbaşı xətti üzrə əlaqələrin intensivləşməsi, Orta Dəhliz çərçivəsində əməkdaşlığın güclənməsi və enerji sahəsində qarşılıqlı maraqlar Azərbaycan-Türkmənistan tərəfdaşlığını daha da strateji xarakterli edir”.

Deputatın sözlərinə görə, hər iki dövlət Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edir:

“Türk dünyasında inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə Bakı və Aşqabad arasında əlaqələrin möhkəmlənməsi bütövlükdə türk dövlətləri arasında birliyin güclənməsinə xidmət edir”.

A.Həsənova parlament diplomatiyasının roluna da diqqət çəkərək bildirib ki, Azərbaycan Milli Məclisi ilə Türkmənistanın qanunverici orqanı arasında formalaşan əməkdaşlıq münasibətlərin vacib istiqamətlərindən biridir:

“İki ölkənin parlamentləri beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirir, ortaq təşəbbüslərlə çıxış edir və qanunvericilik sahəsində təcrübə mübadiləsini davam etdirirlər”.

Deputat hesab edir ki, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da dərinləşməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək:

“Bu səfər həm də bir daha göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər təkcə tarixi və mədəni yaxınlığa deyil, eyni zamanda gələcəyə hesablanmış ortaq maraqlara və etibarlı tərəfdaşlığa əsaslanır.

Şübhə yoxdur ki, Prezident İlham Əliyevlə Prezident Sərdar Berdiməhəmmədov arasında aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrinin gələcək inkişafına yeni impuls verəcək, regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı rifahın möhkəmlənməsinə xidmət edəcəkdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az