logo
logo logo
logo

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

20:14 - 29 İyun 2026

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb.


Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.

O, Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb.

“Mygov” platformasının xidmət dairəsinin genişləndirildiyi, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.

Nazir fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, “mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az