logo
logo logo
logo

"Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməlidir"

13:17 - 30 İyun 2026

\"Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməlidir\"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəxsi “Facebook” hesabında itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı paylaşım edib.


Manset.az-ın məlumatına görə, o bildirib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələrin həqiqəti bilmək hüququna hörmətin, insan ləyaqətinin qorunmasının və humanitar dəyərlərə sadiqliyin ən ali ifadəsidir. Ombudsman vurğulayıb ki, münaqişələr başa çatsa da, yaxınlarının aqibətindən xəbər gözləyən ailələrin ağrısı davam edir və onların doğmalarının taleyini öyrənmək hüququ beynəlxalq humanitar hüququn əsas prinsiplərindəndir.

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanın bu sahədə qazandığı peşəkarlıq və müasir genetik identifikasiya imkanları beynəlxalq etimad qazanıb. Onun sözlərinə görə, Ukraynaya itkin düşmüş şəxslərin axtarışı istiqamətində metodiki dəstəyin göstərilməsi Azərbaycanın humanitar həmrəyliyə və beynəlxalq əməkdaşlığa sadiqliyinin növbəti təzahürüdür.

Ombudsman bildirib ki, Azərbaycan dövləti Birinci Qarabağ və Vətən müharibələrində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkarlanması və şəxsiyyətlərin identifikasiyası istiqamətində mühüm işlər həyata keçirir.

Paylaşımda həmçinin vurğulanıb ki, humanitar məsələlər siyasi məqsədlərə alət edilməməli, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirərək itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi məzarlıqlar barədə məlumatları təqdim etməli və bu istiqamətdə səmərəli əməkdaşlıq etməlidir. Ombudsman bunun həm beynəlxalq hüququn tələbi, həm də insanlıq qarşısında mənəvi məsuliyyət olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az