06 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın sektor müdirləri Qəşəm Hadıyev və Nahid Həsənov, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Xırmandalı bələdiyyəsinin nümayəndələri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə Ərəb kənd qəbiristanlığına aparan yeni asfaltlaşdırılmış yola baxış keçirib.
İcra Hakimiyyətindən Manset.az-a verilən məlumata görə, ümumi uzunluğu 1,2 kilometr olan yola yeni asfalt örtüyü döşənib və bununla da kənd sakinlərinin qəbiristanlığa rahat və təhlükəsiz gediş-gəlişi təmin olunub.
Tədbirdə çıxış edən rayon rəhbəri qeyd edib ki, regionlarda həyata keçirilən abadlıq və infrastruktur layihələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi inkişaf siyasətinin nəticəsidir. Bu istiqamətdə görülən işlər əhalinin rifahının yüksəldilməsinə, yaşayış məntəqələrinin müasir infrastruktura qovuşmasına və insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Vurğulanıb ki, qəbiristanlığa aparan yolun asfaltlaşdırılması sakinlərin, xüsusilə də şəhid ailələrinin və yaşlı insanların ziyarətlər zamanı üzləşdikləri çətinlikləri aradan qaldıracaq, rahat və təhlükəsiz hərəkəti təmin edəcək.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirərək həyata keçirilən layihəni yüksək qiymətləndiriblər.