logo
logo logo
logo

"Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir" - İlham Əliyev 

11:21 - 08 Oktyabr 2026

\"Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir\" - İlham Əliyev 

Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir.


Manset.az xəbər verir ki,  bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bu əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə məhdudlaşmır.

"Ölkələrimizin sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyi bütün uğurlarımızın əsasını təşkil edir, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin gücləndirilməsinin təminatıdır", - dövlət başçısı vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az