logo
logo logo
logo

Kamran Əliyevdən yeni TƏYİNATLAR

12:45 - 20 Oktyabr 2026

Kamran Əliyevdən yeni TƏYİNATLAR

Binəqədi və Nizami rayonlarının prokurorlarının yerləri dəyişdirilib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunub. O, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Həmçinin Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Şirvan şəhər prokuroru Kamal Talıbov isə ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az