logo
logo logo
logo

“Azərbaycan türklüyünə hücum var” - “Məgər Bakıdakılar bunu anlamırlar?” 

23:47 - 22 Oktyabr 2026

“Azərbaycan türklüyünə hücum var” - “Məgər Bakıdakılar bunu anlamırlar?” 

Türkiyənin müxalif Zəfər Partiyasının sədri, professor Ümit Özdağ son günlər Azərbaycanda vahid məktəbli forması ətrafında yaşanan müzakirələrə və Türkiyədən göstərilən reaksiyalara münasibət bildirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partiya lideri Türkiyədəki bəzi hakimiyyət yönümlü kəsimlərin Azərbaycana qarşı işlətdiyi ağır ifadələri kəskin tənqid edib. 

Ü. Özdağ bildirib ki, məsələ bəzilərinin təqdim etdiyi kimi ümumi hicab qadağası deyil:

“Bu, universitetlərlə bağlı bir qadağa deyil. İbtidai, orta məktəb və liseylərlə bağlı tənzimləmədir. Səbəb nədir? Buradakılar bilmirlər. Azərbaycanda üç cür İslam siyasəti – İslamın özü yox, İslam siyasəti – Azərbaycan türklüyünə yönəlmiş hücum içərisindədir. Bunlar Çeçenistan üzərindən gələn rus yönümlü siyasət, İran mənbəli təsir və hücumlar, eləcə də Vəhhabi, Sələfi və Səudiyyə qaynaqlı təhdidlərdir.

Azərbaycan dövləti də buna adekvat cavab verir. Bu mövzuda Türkiyəyə müraciət olunarsa, Türkiyə öz rəsmi rəyini bildirər. Lakin Prezidentin məsləhətçisinin, hakimiyyət trollarının çıxıb ağır ifadələr işlətməsi qəbuledilməzdir”. 

Türkiyədəki ikili standartlara diqqət çəkən partiya sədri vurğulayıb ki, müxalif fikir bildirənlərə dərhal reaksiya verildiyi halda, Azərbaycana qarşı təhqiramiz ifadə işlədənlərə göz yumulur:

“Türkiyədə müxalif bir şəxs sosial şəbəkədə paylaşım edəndə dərhal evindən aparılır, amma digər tərəfdən iqtidar trolu Azərbaycan dövlətinə, türklüyünə, rəhbərliyinə təhqir yağdıranda rahatlıqla həyatına davam edir. Məgər Bakıdakılar bunu anlamırlar?”

Özdağ iki qardaş ölkə arasındakı gərginliyin üçüncü tərəflərin maraqlarına xidmət etdiyini diqqətə çatdırıb:

“Azərbaycanda milyonlarla Türkiyə dostu var. Amma düşmənlər də var və onlar bu gərginlikdən böyük məmnunluq duyurlar. Ermənistan, Rusiya, İran və İsrail bu durumdan şaddır. Bu sevinci onlara yaşatmamaq lazımdır”.

Çıxışının sonunda Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək Zirvə Görüşünə toxunan Ümit Özdağ Prezident Rəcəb Tayyip Ərdoğanın İlham Əliyevə etdiyi zəngi yüksək qiymətləndirib:

“Qarşıda Türk Dünyası Dövlətləri Sammiti var. Bu zirvəyə İlham Əliyevin gəlməsi problemin aşılması baxımından böyük əhəmiyyət daşıyır. Bu mənada, Rəcəb Tayyib Ərdoğanın şəxsən İlham Əliyevə zəng etməsini çox dəyərli və doğru addım hesab edirəm. Ərdoğan bu gərginliyi aradan qaldıracaq addımı göstərməlidir və görünür ki, bu telefon danışığı məhz həmin məqsədə xidmət edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az