"Qədim filosoflardan birinin dediyi kimi, dünyada hər şey axır, hər şey dəyişir. O filosof bu gün yaşasaydı, yəqin, deyərdi ki, bircə dəyişməyən Azərbaycanın radikal müxalifəti və onun təfəkkürüdür. Dəyişməyən onun qafasıdır, yanaşma tərzidir. İndi də müxalifət Tarif Şurasının bəzi yanacaq növləri və digər sahələrdə qiymət tənzimlənməsi ilə bağlı atdığı addımlardan siyasi niyyətləri üçün istifadə etmək, bu prosesdə də siyasi divident qazanmaq, xalqı çaşdırmaq istəyir. Əvvəla, xalqın gözü tərəzidir, ağı qaradan seçməyi bacarır. Çox gözəl bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir. Biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”.
Manset.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Üzümü həmin müxalifət nümayəndələrinə tutub deyirəm ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və təminat xərclərində nə az, nə çox, düz 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38% yox, 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı isə 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir.
Dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunur. Ümumilikdə, ötən 20 il ərzində minimum pensiya 14 dəfə artaraq 280 manata qalxıb. Orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə 19 dəfə artaraq 408 manata çatıb. Müxalifət nümayəndələrinə xatırladım ki, pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb. Biz faktlarla danışırıq, siz isə özünüz üçün nağıllar uydurursunuz.
Qeyd edim ki, cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsdiq edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi və sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Belə ki, 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin ali təqaüdü təyin edilib. Bu, dövlət başçısısının şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının təzahürüdür.
Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün altı dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizminin funksiyalarını 81-100% pozulmasına görə birinci dərəcə əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 mandatdan 500 manata, orqanizminin funksiyalarını 61-80% pozulmasına görə 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizminin funksiyalarını 31-60% pozulmasına görə üçüncü dərəcə əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb. Şəhid ailələrinə, müharibə əlillərinə indiyədək 14800 mənzil və ev verilib. Yaxın perspektivdə, yəqin ki, həmin evlərin və mənzillərin özəlləşdirilməsi həyata keçiriləcək. Bütün bunlar və sadalamadığım çoxsaylı faktlar bir daha təsdiqləyir ki, Azərbaycan dövləti vətəndaşların sosial rifahını hər şeydən üstün tutur. Atılan istənilən addım məhz bu istiqamətdədir. Təsadüfi deyil ki, bizim büdcəmizdə ən böyük faizə məhz sosial hissə malikdir - 39%-dən yüksəkdir. Üzümü müxalifət nümayəndələrinə tutub deyirəm ki, doğurdan da, həqiqət carçısısınızsa, həqiqətən də, obyektiv tərəfsinizsə, bu faktların niyə heç birini sadalamırsınız?
Bir şeyin qiymətində 10-20 qəpik artım olanda milçəkdən fil yaradırsınız. Sizə dəfələrlə sosial təminatların artımından danışdım, üstündən sükutla keçirsiniz. Bu isə hansı niyyətlərin daşıyıcısı olduğunuzu bir daha ortaya qoyur”, - deputat bildirib.
"Bir şeyin qiymətində 20 qəpik artım olanda milçəkdən fil yaradırsınız..." - Elman Nəsirov
09:00 - 02 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
10 Oktyabr 2026 - 17:53
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
10 Oktyabr 2026 - 13:45
Binali Yıldırım jurnalist Əli Vəliyevə özəl müsahibə verib - VİDEO
10 Oktyabr 2026 - 12:10
Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR
10 Oktyabr 2026 - 15:57
Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - AÇIQLAMA
10 Oktyabr 2026 - 13:10
“Tanrının adamları” işıq üzü gördü
10 Oktyabr 2026 - 13:56
Daha bir erməni hərbçi intihar etdi
10 Oktyabr 2026 - 14:12
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
10 Oktyabr 2026 - 16:02
İlham Əliyev Kadırovu qəbul etdi - FOTOLAR
10 Oktyabr 2026 - 15:11
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
10 Oktyabr 2026 - 16:31
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
10 Oktyabr 2026 - 16:21
Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”
10 Oktyabr 2026 - 12:40
Pensiyaçılara 3 aydan bir 30 manat əlavə ödənilməsi iddiaları ilə bağlı AÇIQLAMA
Xəbər xətti
- 11 Oktyabr 2026
- 11:55 Beyləqanda AĞIR QƏZA - Ölən var
- 11:37 Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 11:30 Bakı sakinləri vahid məktəbli formasını dəstəklədilər - VİDEO
- 11:15 Minik avtomobili aşdı - Sürücü xəsarət aldı
- 11:08 Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTOLAR
- 10:50 Tramp bu iki okeanın adını dəyişməyi planlaşdırır
- 10:27 Azərbaycan millisi Avstriyaya qalib gəldi
- 10:05 Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirdi
- 09:36 Cüdo üzrə dünya çempionatının son günündə Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq
- 09:17 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
- 09:00 32 yaşlı kişi dəm qazından boğularaq öldü
- 08:30 Kofeinsiz qəhvə beyinə necə təsir edir?
- 08:00 Sağlam yaşlanmağın 10 sirri
- 01:30 Ayağınıza basanda çuxur qalır? - Bu əlamətə diqqət edin
- 00:30 Ronaldo millidən kənarlaşdırıldı
- 00:01 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 6 il ötür
- 10 Oktyabr 2026
- 23:52 Mərmərə dənizində zəlzələ oldu - İstanbulda da hiss edildi
- 23:34 Hörmüzdə nəhəng neft tankeri minaya düşərək partladı
- 23:16 Xətaidə maşın alışıb yandı - VİDEO
- 22:55 Ər-Riyad hava limanı fəaliyyətini dayandırdı
- 22:32 "Ukraynanın yeni prezident seçmək vaxtı çatıb" - Tramp
- 22:17 Bakı-Qazax yolunda qəza - Yaralılar var
- 21:52 "Söz vermişdim ki, finallara qədər irəliləyəcəyəm" - Kənan Nəsibov
- 21:33 Kadırov Prezidenti Qarabağ məsələsinin həlli ilə bağlı təbrik etdi
- 21:16 Goranboyda qəza - Yaralılar var
- 20:51 Varşavada məktəbdə bıçaqlanma oldu - Yaralılar var
- 20:31 "Neftçi" "Ordu"nu məğlub etdi
- 20:12 Polkovnik Penitensiar Xidmətdən FHN-ə keçdi
- 19:45 Husilər yenidən Ər-Riyad aeroportuna hücum etdi
- 19:33 "Zirə" "Şamaxı" ilə heç-heçə etdi
- 19:17 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı
- 18:52 Kənan Nəsibov bürünc medal qazandı
- 18:31 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu
- 18:16 EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində - FOTOLAR
- 17:53 “Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
- 17:44 “Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
- 17:23 Salyanda kişi balıq bişirməyən arvadını döydü
- 17:01 İlham Əliyev Kadırovla birgə nahar edib - FOTOLAR
- 16:54 “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
- 16:43 Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - FOTOLAR
- 16:31 Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
- 16:21 Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”
- 16:02 İlham Əliyev Kadırovu qəbul etdi - FOTOLAR
- 15:57 Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - AÇIQLAMA
- 15:49 "İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq"
- 15:32 Axtarışda olan 84 nəfər tutuldu
- 15:11 Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
- 14:48 Cüdoçumuz DÇ-nin finalında - YENİLƏNİB
- 14:32 Lənkəranda güclü külək fəsadlar törətdi - 15-ə yaxın ağac aşdı
- 14:12 Şahbaz Şərif İlham Əliyevə zəng etdi
- 13:56 Daha bir erməni hərbçi intihar etdi